İsmayıllı rayonunda avtomobil ağaca çarpılıb. Bu barədə Report 30 mart tarixində xəbər verir.
Rayonun Tircan kəndi ərazisində Oğuz rayon sakini Dəyanət Ağakişiyev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca dəyib, sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.