İsmayıllı rayonunun Mican kənd sakini intihar edib. Bu barədə 4 iyun tarixində Report məlumat verib.
Qalacıq kəndinin sakinləri bu gün saat 12:40 radələrində qəbiristanlığın ərazisindəki yardımçı tikilidə Mican kənd sakini, 1998-ci il təvəllüdlü Rəvan Cəfərovun meyitini aşkarlayıblar.
R.Cəfərovun kəndirlə özünü asaraq intihar etdiyi məlum olub. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ bilinmir.
Araşdırma aparılır.