İsmayıllıda binada yanğın olub. Bu haqda aprelin 21-də FHN məlumat yayıb.
Dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə və qismən içərisindəki ev əşyaları yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.