Avropa Çempionatının final matçını idarə edəcək hakim bəlli olub. Bu barədə İnsanoid bu gün, 11 iyul tarixində xəbər verir.
UEFA Hakimlər Komitəsi finalı buna qədər Avropa Çempionatının İspaniya-Gürcüstan, Danimarka-Serbiya və Xorvatiya-Albaniya oyunlarını idarə edən fransalı Fransua Leteksieyə tapşırıb.
Leteksienin köməkçiləri Siril Maqnier və Mehdi Rahmoni olacaqlar. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.