İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS radikal qruplaşmasının yüksək rütbəli nümayəndəsi Hossam Mansurun öldürüldüyünü açıqlayıb.
Bu barədə İnsanoid İsrail Ordusunun mətbuat xidmətinə istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Hava zərbələri nəticəsində məhv edilən Mansur HƏMAS-nin daxili təhlükəsizlik şöbəsinə rəhbərlik edib.
Bundan başqa, Mansur humanitar fəaliyyət adı altında terrorizmi maliyyələşdirən “Əl-Xeyr” təşkilatının direktorlarından biri olub.