İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi antiterror əməliyyatı həyata keçirib. Bu barədə 13 fevral tarixində APA məlumat verib.
Məlumata görə, əməliyyat şəhərin 3 rayonunda olub.
Antiterror əməliyyatı çərçivəsində MLKP silahlı terror təşkilatının gənclər təşkilatı olan Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olduğu müəyyən edilən 14 nəfər saxlanılıb. Onlardan 11-i həbs edilib.