Emiliya-Romanya Qran-prisi ləğv edilib. Bu barədə İnsanoid yarışın rəsmi saytına istinadən bu gün, 17 may tarixində xəbər verir.
Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan yarışın ləğvinə hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.
Qeyd edək ki, yarış 19-21 mayda baş tutmalı idi.