Türkiyənin Kahramanmaraş vilayətində ardıcıl zəlzələlər baş verib. Bu barədə İnsanoid Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən bu gün, 29 aprel tarixində xəbər verir.
Məlumata görə, ilk təkanlar yerli vaxtla 04:55-də vilayətin Göksun rayonunda qeydə alınıb.
4,7 bal gücündəki zəlzələnin ocağı 6,89 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələ saat 05:16-da Pazarcık rayonunda olub. 3,6 bal gücündə təkanlar 7,04 kilometr dərinlikdə baş verib.