Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,7 maqnituda gücündə zəlzələ baş verib. Bu barədə 14 mart tarixində “CNN Türk” məlumat verib.
Yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.