Kəlbəcər rayonunun Zəylik kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Təsərrüfatla məşğul olan vətəndaşlardan birinə məxsus, yaşayış üçün nəzərdə tutulan çadır yanıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Çadır içərisindəki əşyalarla birgə tamam yanıb.
Hadisənin səbəbləri araşdırılır.