Keniyada futbol matçı zamanı meydana ildırım düşüb. Bu barədə 13 mart tarixində Report məlumat verib.
Hadisə Kissi bölgəsində "Manyansi" və "Gianchore" komandaları arasında keçirilmiş oyunda baş verib.
Nəticədə hər iki kollektivin bir oyunçusu dünyasını dəyişib. Xəsarət alan iki futbolçu isə xəstəxanaya aparılıb.