Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul edir. Bu barədə 4 may tarixində Agentliyin rəsmi səhifəsində məlumat verilib.
Qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə edən layihələr ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmalıdır. Layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri təhlil edilərək yeni formada işlənib hazırlanacaq. Daha sonra layihələr KOBİA tərəfindən maraqlı investorlara təqdim ediləcək.
Müraciət etmək istəyən KOB subyektləri müraciət formasını dolduraraq 3 iyun 2022-ci il tarixinədək [email protected] ünvanına göndərməlidirlər.