Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib. Bu barədə 21 mart tarixində Müdafiə Nazirliyi xəbər yayıb.
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz səsləndirilib.
Çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, kursların əhəmiyyətindən danışıb, komandolara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonra məzunlara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
[caption id="attachment_109990" align="alignnone" width="696"]
Foto Müdafiə Nazirliyinin rəsmi saytı[/caption]