Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə İnsanoid rayon prokurorluğuna istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Bildirilir ki, aprelin 18-də rayonun Çöl-Qubalı kənd sakini, 35 yaşlı Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 33 yaşlı Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.