Kürdəmir sakini ehtiyatsızlıqdan özünü güllələyib. Bu barədə Report 25 aprel tarixində xəbər verib.
Rayonun Çöl-Qubalı kənd sakini, 32 yaşlı Babayev Rəsul Babalı oğlu kənd ərazisində atla gedərkən əlindəki ov tüfəngi anidən açılıb. Bu zaman o, qarın nahiyəsindən xəsarət alıb.
Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
[caption id="attachment_113778" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]