Kürdəmir sakini özünə ağır bədən xəsarətləri yetirib. Bu barədə Oxu.az 29 aprel tarixində xəbər verib.
Rayonun Cənub məhəllə sakini, 26 yaşlı Pünhan Kazımov şüşə ilə özünə yaşadığı evdə xəsarət yetirib.
O, dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona həkimlər tərəfindən sağ dirsək oynağın geniş kəsilmiş, cırılmış yarası diaqnozu qoyulub.