Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüblər. Bu barədə 6 mart tarixində Report məlumat verib.
Hadisə martın 5-də rayonun Karrar kəndində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və 2014-cü il təvəllüdlü Qasımzadə Fəridə Elton qızı yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından boğularaq keçiniblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.