Kürdəmirdə sürücü qadın sərnişini döyərək üzərindəki pulunu alıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Hadisə Karrar kəndi ərazisində qeydə alınıb.
Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 69 yaşlı Kərimova Tubu Musa qızını döyüb hədələyərək, üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.
Həmin şəxs müəyyən edilərək saxlanılıb.
Fakt araşdırılır.