Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Report 25 may tarixində xəbər verib.
Rayonun Şilyan kəndində Türkiyə vətəndaşı, 45 yaşlı Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən "VAZ-21011" markalı avtomobillə toqquşub.
Müxtəlif dərəcəli bədən xəsarəti alan Mehmet Dəmir dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, həkim nəzarətinə götürülüb.
Fakt araşdırılır.