Salyanda Kür çayının sahilindən meyit tapılıb. Bu barədə 20 iyun tarixində “Qafqazinfo” məlumat verib.
Müayinə zamanı meyitin rayonun Yenikənd sakini Cəmaləddin Həsənova məxsus olduğu müəyyən edilib.
60 yaşlı C. Həsənovun şərti məhkum edildiyi, ayağında elektron qolbaq daşıdığı məlum olub.
Onun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.