Bu gün Laçın rayonunun Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə 12 aprel tarixində Report məlumat verib.
Hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.
Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.