Laçının işğaldan azad edilmiş ərazilərində silah-sursat tapılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 23 fevral tarixində xəbər verir.
Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.
Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.