Qaradağ rayonunun Lökbatan dairəsində avtomobillərin qanunsuz parklanması ilə bağlı mayın 5-də yoxlama aparılıb. Bu haqda Report məlumat verib.
Lökbatan dairəsində sürücülər nəqliyyat vasitələrini hərəkət hissəsində saxlayaraq digər avtomobillərin hərəkətinə maneə törədirlər. Bu da sözügedən ərazidə sıxlıq yaradır.
Məlumata görə, bundan sonra da Qaradağda yoxlamalar davam etdiriləcək.