Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib. Bu barədə İnsanoid Rusiya mətbuatına istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
Əməliyyat zamanı 6 nəfər hücumçunun məhv edildiyi təsdiqlənib.
“Vətəndaşların həyat və sağlamlığına təhlükənin aradan qaldırılması ilə əlaqədar saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd inzibati sərhədləri daxilində keçirilən antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, - departamentin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Dağıstanda 15-dən çox polis əməkdaşı yaraqlıların hücumlarının qurbanı olub.