Məktəblərdə şagirdlərin bullinqə məruz qalmasına qarşı pilot layihə icra olunacaq. APA-nın məlumatına görə, aprelin 28-də bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bununla bağlı bir neçə min müəllimin təlim prosesi bitib.
"Təlimat formalarımız artıq hazırdır. Bunun tətbiqi ilə bağlı ən böyük problemimiz pandemiya idi. Çünki məktəblər bağlanıb açılırdı və arada fasilə yaranırdı. Növbəti ildən biz bir neçə məktəbdə pilot qaydada bunun tətbiqini planlaşdırırıq", - deyə nazir bildirib.