Türkiyənin Malatya şəhərində zəlzələ baş verib. Bu barədə İnsanoid Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) istinadən bu gün, 28 fevral tarixində xəbər verir.
Malatyanın Yeşilyurt rayonunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.