Dünən, aprelin 28-də şahmat üzrə Champions Chess Tour turnirinin birinci onlayn mərhələsinin son turunun oyunları keçirilib. Şəhriyar Məmmədyarov son dünya çempionu norveçli Maqnus Karlsenə 2,5:0,5 hesabı ilə qalib gəlib.
Digər oyunlarda Lyem Le Van Forestə, Giri Pranyanandxaya, Duda isə Hansenə qalib gəlib. Turnirin qalibi 14 xalla polşalı Yan-Kşiştof Duda olub. Şəhriyar Məmmədyarov 11 xalla turnirdə 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 210 min dollar təşkil edib.