Müğənni Manaf Ağayevin oğlu həbs edilib. Bu barədə APA 14 mart tarixində xəbər verib.
Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə ediblər. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıblar.
Bundan sonra məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.