Mərmərə dənizində İstanbul Dəniz Avtobusları ekspedisiyasında insident yaşanıb. Bu barədə 21 mart tarixində Oxu.az məlumat yayıb.
Belə ki, sərnişinlərdən biri hərəkət halında olan gəmidən suya tullanıb. Hadisəni görən vətəndaşlar panikaya düşüb və gəminin şəxsi heyətinə xəbər veriblər.
Bölgəyə Sahil Mühafizə Komandanlığının qayığı göndərilib. Ekipaj dənizə tullanan şəxsi sağ çıxara bilib.