Masallıda evdən 9 000 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, iyunun 27-də gecə saatlarında R.Qasımovanın yaşadığı rayonun Köhnə Alvadı kəndindəki evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri: əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.