Masallıda bıçaqlanma olub. Bu barədə 5 aprel tarixində APA məlumat verib.
Belə ki, rayon sakini Qurbanov Cavid Möhübbət oğlu “Təzə Bazar” adlanan yerin arxa tərəfində həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlunu şəxsi münasibətlər zəminində bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb və Cavid Qurbanov şübhəli şəxs qismində saxlanılıb.