Masallıda 16 yaşlı qız itkin düşüb. Bu barədə 13 iyun tarixində APA məlumat verib.
Belə ki, iyunun 11-də 2007-ci il təvəllüdlü Şiriyeva Səbinə Taryel qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.
Faktla bağlı Masallı Rayon Polis İdarəsinin Təhqiqat Bürosunda araşdırma aparılır.