Masallı rayonunda evdə yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 1 iyun tarixində məlumat verir.
Xoşçobanlı kəndində ümumi sahəsi 240 kv.m (hər mərtəbəsi 120 kv.m) olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.