Masallı sakininin istifadəsiz tikilidə gizlətdiyi 4 kiloqram narkotik aşkarlanıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb.
Keçirilən baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.