Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu haqda aprelin 22-də APA məlumat yayıb.
Onlardan ümumi çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram 750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.