Masallıda avtomobilin vurduğu velosipedçi ölüb. Bu barədə APA 30 mart tarixində xəbər verib.
Martın 23-də 68 yaşlı Bayraməli Nəsirov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə velosipedlə hərəkətdə olan 55 yaşlı Zaid Ağayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Zaid Ağayev ötən gün ölüb.