Artıq “Facebook” və “Instagram” istifadəçiləri ödənişlə “mavi işarə”ni əldə edə biləcəklər.
Bunu “Meta” şirkətinin baş direktoru Mark Zukerberq özünün “Facebook” hesabında bildirib.
“Meta”nın baş direktoru bildirib ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.
“Mobil telefonlarda ayda 14,99 dollar, veb-versiyada isə ayda 11,99 dollar ödəməklə bu xidmətdən istifadə etmək mümkün olacaq”, - deyə Mark Zukerberq vurğulayıb.