Dünya çempionu, PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi Argentina yığmasının futbolçuları, məşqçiləri və əməkdaşları üçün 35 qızıl “iPhone” sifariş edib.
Bu barədə 2 mart tarixində İnsanoid “The Sun” nəşrinə istinadən məlumat verib.
Telefonlarda dünya çempionlarının adları, oyun nömrələri və Argentina millisinin loqosu həkk olunacaq. Sifariş "İdesignGold" şirkəti tərəfindən hazırlanacaq.