Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Bu barədə İnsanoid Elm və Təhsil Nazirliyinə istinadən bu gün, 3 may tarixində xəbər verir.
28 aprel - 2 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.
Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.