Mayın 2-si axşam saatlarında Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi atəşə tutulub. Bu barədə mayın 3-də Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindən açılıb.
“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur”, - əlavə edilib.
Qeyd edilib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.