Müşfiqabadda kabel və plastik tullantıları yandıran şəxs cərimələnib. Bu barədə Report 13 may tarixində xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı qəsəbə ərazisində vətəndaş Zaur Əlizadənin kabel və plastik tullantıları qalaqlayaraq yandırması faktı müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib olunub və onun barəsində qanunamüvafiq tədbir görülüb.