Naftalanda dələduzluq edən falçı tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 21 fevral tarixində xəbər verib.
Şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva Naftalan şəhərinə gələrək, vətandaşın fala baxmaq adı ilə etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.