Naftalanda narkotik yetişdirən şəxs saxlanılıb. Bu barədə 4 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Belə ki, şəhərin Qaşaltı-Qaraqoyunlu kənd sakini, əvvəllər məhkum olunmuş İlyas İsgəndərovun kənd ərazisindəki sahibsiz ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.