Narkoloji dispanserdə rüşvət halı qeydə alınıb. Bu barədə Baku Tv 26 may tarixində xəbər verib.
Baku Tv əməkdaşı gizlin çəkiliş edərək, rüşvət faktını ortaya çıxarıb.
Belə ki, əməkdaş narkoloji dispanserə taksi sürücüsü kimi arayış üçün müraciət edib. 5 dəqiqə sonra 10 manat qarşılığında heç bir testdən keçmədən arayışı əldə edib.
Daha sonra dispanserin direktoruna yaxınlaşaraq, məsələyə aydınlıq gətirməsi üçün müraciət edilib. Cavabında isə otağa gələn digər xanımla mübahisə düşüb.
Mübahisə nəticəsində çəkiliş qrupuna maddi ziyan dəyib.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.