Göygöldə narkotik vasitə saxlamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb. Bu haqda aprelin 30-da APA məlumat yayıb.
Onlardan heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb.
Polis tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılanlardan 2-si əlbir olaraq aprel ayının 18-də “Aztelekom” MMC-yə məxsus naqili və ümumi dəyəri 3744 manat olan artezian quyusunun elektrik naqillərini oğurlayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.