top
NİİM piyadalara yol verməyən sürücülərə müraciət edib
16 iyun 2023, 01:28
- ↺ +

NİİM piyadalara yol verməyən sürücülərə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara yol verməyən sürücülərə müraciət edib. Bu barədə İnsanoid mərkəzə istinadən bu gün, 16 iyun tarixində xəbər verir.

Mərkəzdən daxil olan müraciətdə deyilir:

“Qaydalara riayət edib, piyada keçidləri ilə hərəkət etmək istəyən şəxslərə bəzən sürücülər yol vermirlər. Paytaxt ərazisindəki müşahidə kameralarının görüntüləri bunu deməyə əsas verir. Belə ki, bəzi sürücülər daha çox Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Səbail rayonlarının küçə və prospektlərində nizamlanmayan piyada keçidlərindən istifadə etmək istəyən piyadalara yol vermirlər.

Piyadalar bu keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər. Nizamlanmayan piyada keçidlərində piyadalara tək minik avtomobillərinin sürücüləri deyil, həmçinin bəzi moped və motosiklet sürücüləri də yol vermirlər.

Belə sürücülər bilərəkdən qaydalara əmək etməkdə məsuliyyətsizlik edirlər. Çünki cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında piyadalara yol verməyən 5 minə yaxın sürücü, ötən ildə isə 10 minə yaxın sürücü barəsində cərimə tətbiq edilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyən sürücülər 50 manat miqdarında cərimə edilirlər.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:29

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

Yerli xəbərlər
Bu gün, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Bu gün, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Bu gün, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Bu gün, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Bu gün, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Bu gün, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Bu gün, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Oxşar xəbərlər