Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub. Bu barədə İnsanoid bu gün, 22 fevral tarixində xəbər verir.
O, özünün “Facebook” səhifəsində bu barədə məlumat yayıb.
Məlumata görə, N.Allahyarova, həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də çıxarılıb.