Paytaxtın Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən 29 min manat oğurlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 7 mart tarixində xəbər verir.
Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Nərimanov polisi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.
[caption id="attachment_108292" align="alignnone" width="696"]
Foto DİN[/caption]