Oğuz rayonunda idarəetmədən çıxan avtomobil qoyun sürüsünü vurub. Bu barədə Report 26 aprel tarixində xəbər verib.
Böyük Söyüdlü-Qarabulaq avtomobil yolunda "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və qarşısına çıxan qoyun sürüsünü vurub.
Qəza nəticəsində 10-dan çox xırdabuynuzlu heyvan tələf olub.
Faktla bağlı araşdırma aparılır.