Ordubadın polis rəisi vəzifəsindən azad edilərək sərəncama götürülüb. Bu barədə 24 fevral tarixində APA məlumat verib.
Bununla bağlı müvafiq əmr imzalanıb. Belə ki, əmrə əsasən, Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qeyd olunub ki, bir müddət əvvəl Şahbuz rayon Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.